AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: "Azərbaycan Sülh Şurasına təsisçi dövlət qismində qoşulub"

  • + A
  • - A
  • 22-01-2026, 21:05

    Deputat: "Azərbaycan Sülh Şurasına təsisçi dövlət qismində qoşulub"

    "Azərbaycanın beynəlxalq Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkənin artan qlobal nüfuzunun göstəricisidir."Bu fikirləri deputat Kamran Bayramov bildirib.
    Onun sözlərinə görə, bu dəvət Azərbaycanın son illər apardığı balanslı və praqmatik xarici siyasətin nəticəsidir.

    "Azərbaycan regional sabitliyin qorunmasında etibarlı tərəfdaş kimi qəbul olunur. Postmünaqişə dövründə Azərbaycanın əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur. Sülh təşəbbüslərində iştirak ölkənin siyasi çəkisini daha da artıracaq. Bu platforma Azərbaycan üçün yeni diplomatik imkanlar açır. Şurada təsisçi üzv statusu qərarların qəbulunda birbaşa iştirak imkanı deməkdir"

    Kamran Bayramov bildirir ki, bu, Azərbaycanın mövqelərinin beynəlxalq gündəlikdə nəzərə alınmasını gücləndirəcək. O hesab edir ki, ölkəmiz sülh və təhlükəsizlik məsələlərində konstruktiv yanaşması ilə seçilir. Bayramov deyir ki, Azərbaycanın enerji və nəqliyyat layihələri də qlobal sabitliyə xidmət edir. Onun fikrincə, bu dəvət təkcə siyasi deyil, həm də strateji əhəmiyyət daşıyır. Kamran Bayramov vurğulayır ki, Azərbaycan heç vaxt qarşıdurma deyil, dialoq tərəfdarı olub. O əlavə edir ki, beynəlxalq ictimaiyyət bu mövqeyi yüksək qiymətləndirir. Bayramovun sözlərinə görə, Şura çərçivəsində humanitar təşəbbüslər xüsusi yer tutacaq. Azərbaycanın bu prosesdə iştirakı ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR