Prezident: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır

Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.