AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa İranı ABŞ-a güzəştə getməyə çağırdı

  • + A
  • - A
  • Bu gün, 14:17

    Fransa İranı ABŞ-a güzəştə getməyə çağırdı

    Fransa Xarici İşlər Nazirliyi İranı ABŞ ilə qarşıdan gələn danışıqlar fonunda əhəmiyyətli güzəştlərə getməyə və mövqeyini dəyişdirməyə çağırdı.
    Paris Tehranı ölkələr arasında hərbi münaqişənin qarşısını almaq üçün ABŞ-a güzəştlərə getməyə çağırdı.

    Fransa diplomatiyasının rəhbəri Jan-Noel Barronun sözlərinə görə, ABŞ ordunu hərbi əməliyyata hazırlayıb, eyni zamanda diplomatiya üçün fürsət yaradıb.

    Fransa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd etdi ki, Tehran qonşu ölkələr üçün təhlükə olmaqdan əl çəkərək siyasətini dəyişdirməlidir. Barroya görə, İran xalqı "azadlıqlarını qaytarmalıdır". Barro həmçinin İran hakimiyyətini repressiv siyasətdən əl çəkməyə və saxlanılan Fransa vətəndaşlarını azad etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR