Deputat: Vensin Azərbaycana səfəri ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini göstərir

ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfəri ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini göstərir
Bu fikirləri deputat Arzuxan Əlizadə AzadMedia.az-a açıqlamasında deyib.
O, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi kimi qiymətləndirib.
Deputat bu barədə bildirib ki, Vensin Bakıya səfəri ABŞ–Azərbaycan əlaqələrinin möhkəm siyasi dialoq və qarşılıqlı maraqlara əsaslandığını bir daha təsdiqləyir. Onun sözlərinə görə, səfər regionda təhlükəsizlik, enerji əməkdaşlığı və beynəlxalq nəqliyyat layihələri baxımından da mühüm əhəmiyyət daşıyır.
Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan regionda etibarlı tərəfdaş kimi mövqeyini qoruyur və ABŞ-la əməkdaşlıq qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir. Deputat hesab edir ki, yüksək səviyyəli bu cür təmaslar gələcəkdə siyasi və iqtisadi münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək.
Millət vəkilinin fikrincə, Vensin səfəri həm də regionda sülh və sabitliyə dəstək baxımından vacib mesajlar ehtiva edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.