AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QARŞILIQLI SƏFƏRLƏR REGİONDA SÜLHƏ YOL AÇIR

  • + A
  • - A
  • Dünən, 13:44

    QARŞILIQLI SƏFƏRLƏR REGİONDA SÜLHƏ YOL AÇIR


    Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı səfərlər regionda sülh mühitinin möhkəmləndirilməsinə xidmət edir. Bu fikirləri Ermənistan parlamentində keçirilən ənənəvi brifinqlərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib. Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan cəmiyyətlərinin müxtəlif nümayəndələrinin, həm Ermənistanda, həm də Azərbaycanda görüşləri ardıcıl xarakter daşıyır.

    Xatırladaq ki, fevralın 13-də Tavuş–Qazax istiqamətində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolla Ermənistana səfər edib.Göründüyü kimi, C.Qafqazda sülh istiqamətində paralel addımlar atılır. Artıq Ermənistanda da sülh quruculuğu istiqamətində gerçəkləşən görüşlər müsbət qarşılanır. Sülh mühitinin möhkəmlənməsinə dəstək nümayiş olunur. Vətəndaş cəmiyyətinin üzvləri lk dəfə ötən ilin sonunda bir araya gəldi. Postmünaqişə dövründən sonra gerçəkləşən görüş uzun illər hər iki ölkənin xalqları arasındakı ənənəvi steorotiplərin aradan qaldırılmasında mühüm rol oynadı. Artıq bu istiqamətdə bütün addımlar atılır

    Heç şübhəsiz ki, diplomatik masada davam edən sülh danışıqları yeni mərhələyə qədəm qoyub. İlk baxışdan bir o qədər asan olmasa da, ilkin addımlar atılıb. Bakıdan İrəvana uzanan sülh qatarından tutmuş vətəndaş diplomatiyasının sıx təmaslar qurmasına qədər. Məhz bu baxımdan da xalqların sülhə nə dərəcədə hazır olduqları vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərləri zamanı əsas müzakirə mövzuları arasında yer alır. Eyni zamanda, bu formatda təşkil olunan səfərlər qarşılıqlı etimadın bərpası və regionda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. İddialara görə, səfərlərin ardıcıl xarakter alması və müntəzəm görüşlərin təşkili gələcəkdə regionda daha geniş əməkdaşlıq imkanlarını açır və cəmiyyətlərarası dialoqu gücləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR