AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərb dronlarının bir hissəsinin Ukraynada faydasız olduğu bildirilir

  • + A
  • - A
  • Dünən, 22:47

    Qərb dronlarının bir hissəsinin Ukraynada faydasız olduğu bildirilir

    Ukrayna bölmələrinin komandirləri və mühəndislərinə istinadən The Financial Times qəzeti yazır ki, müttəfiqlər tərəfindən Kiyev qüvvələrinə verilən bir çox pilotsuz uçuş aparatı (PUA) artıq çatdırılma anında texniki cəhətdən köhnəlmiş olur.
    Məqalədə vurğulanan əsas məqamlar yenidənqurma ehtiyacıdkr. Qərb dronlarının əksəriyyəti istifadədən əvvəl yenidən tənzimlənməli olur, bir çoxu isə sonda sadəcə ehtiyat hissəsi kimi sökülür.
    Proqram təminatı, radioidarəetmə tezlikləri və naviqasiya sistemləri cəmi bir neçə ay, hətta həftə ərzində aktuallığını itirə bilir.
    Finlandiyanın müdafiə naziri Antti Hyakkänen qeyd edib ki, köhnə modellər qeyri-dəqiq və faydasızdır.
    Ukrayna Silahlı Qüvvələri üçün Rusiyanın "Şahed" tipli dronları ciddi problem olaraq qalır. Eyni zamanda, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı orada ilk Ukrayna PUA zavodunun fəaliyyətə başladığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR