AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Cerald Ford” Yaxın Şərqə doğru istiqamət götürdü

  • + A
  • - A
  • Dünən, 22:49

    “Cerald Ford” Yaxın Şərqə doğru istiqamət götürdü

    ABŞ-ın USS Gerald R. Ford aviadaşıyıcısı fevralın 23-dən bəri olduğu Yunanıstanın Krit adasındakı Suda bazasını tərk edərək Yaxın Şərqə tərəf istiqamət götürüb. Bu barədə yerli “Kriti360” nəşri məlumat yayıb.
    Portalın dəqiqləşdirdiyi məlumata görə, hərbi gəmi bazaya yanacaq doldurmaq və operativ dəstək üçün daxil olub.
    Bundan əvvəl "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, İrana qarşı təhdid məqsədilə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin flaqman aviadaşıyıcısı USS Gerald R. Ford-un kanalizasiya sistemində ciddi nasazlıqlar yaranıb və sistem orta hesabla gündə bir dəfə tutulur. Bu səbəbdən çirkab suları tualetləri basıb, heyət üzvləri isə 45 dəqiqədən çox növbədə gözləməli olublar. Sosial şəbəkələrdə, 8 aylıq uzunmüddətli dəniz səfərindən (sahilə çıxış icazəsi olmadan) və İslam Respublikasına qarşı əməliyyatda iştirak perspektivindən narazı qalan dənizçilərin təxribat törətdiyi ehtimal edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR