Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yerləşən Zayed Beynəlxalq Hava Limanından cari sutka ərzində ilk təyyarə havaya qalxıb. Bu barədə TASS agentliyinə aviadispetçer dairələrindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hava limanından Honq Konqa istiqamətlənən yük təyyarəsi yola salınıb. “Honq Konqa yük reysi göndərildi”, – deyə agentliyin həmsöhbəti bildirib.
Hazırda digər reyslərin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Hava limanının fəaliyyətinin mərhələli şəkildə bərpa olunduğu ehtimal edilir. Məsələ ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, regionda baş verən son hadisələr fonunda bir sıra hava limanlarında uçuşların müvəqqəti məhdudlaşdırılması müşahidə olunurdu. Zayed Beynəlxalq Hava Limanından ilk reysin həyata keçirilməsi isə aviasiya əlaqələrinin tədricən normallaşdığını göstərir.
Xəbər yenilənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.