AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ rəsmiləri İran əməliyyatının Ukraynaya təsirindən narahatdır – Bloomberg

  • + A
  • - A
  • 2-03-2026, 18:32

    Aİ rəsmiləri İran əməliyyatının Ukraynaya təsirindən narahatdır – Bloomberg

    Avropa İttifaqı rəsmiləri ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın Ukraynaya silah tədarükünə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər. Bu barədə Bloomberg nəşri mənbələrə istinadən məlumat yayıb.
    Məlumata görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı istifadə olunan böyük həcmdə sursat Vaşinqtonun silah ehtiyatlarını azalda və bunun nəticəsində Ukraynaya silah satış imkanlarını məhdudlaşdıra bilər.
    Mənbələr bildiriblər ki, hazırda Aİ əsas diqqəti ABŞ-ın Ukrayna üzrə sülh prosesində iştirakını qoruyub saxlamağa və öz hava hücumundan müdafiə sistemlərini gücləndirməyə yönəldib.
    Martın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ və İsrailin İrana zərbələri hələlik Ukraynaya silah tədarükünə təsir göstərməyib. Onun sözlərinə görə, “Patriot” sistemləri üçün PAC-3 raketlərinin çatdırılması ilə bağlı nə Avropa ölkələrindən, nə də ABŞ-dan hər hansı mənfi siqnal alınıb.
    Zelenski əlavə edib ki, İrandakı vəziyyət səbəbindən Rusiya, Ukrayna və ABŞ arasında planlaşdırılan üçtərəfli danışıqların BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilməsi baş tutmaya bilər. Bloomberg yazır ki, növbəti raundun Türkiyədə təşkili ehtimalı var. Görüşün martın 5-8-i aralığında, ehtimal ki, 5-6 mart tarixlərində keçirilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR