AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İsraili nüvə obyektinə zərbə endirməkdə ittiham edib

  • + A
  • - A
  • 2-03-2026, 23:07

    İran İsraili nüvə obyektinə zərbə endirməkdə ittiham edib

    İran rəsmiləri İsrailin ölkənin Natanz şəhərində yerləşən nüvə obyektinə zərbələr endirdiyini açıqlayıb.
    İranın vitse-prezidenti və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, Natanzdakı uranın zənginləşdirilməsi zavodu bir gün ərzində iki dəfə hücuma məruz qalıb. Məlumatı Associated Press агентliyi yayıb.
    Eslaminin sözlərinə görə, hücum martın 1-də baş verib və kifayət qədər intensiv olub.
    “ABŞ və İsrail aqressiv hücumlarını davam etdirərək martın 1-i bazar günü günorta saatlarında Natanzdakı nüvə obyektinə iki dəfə ağır zərbə endiriblər”, – deyə o vurğulayıb.
    Rəsmi bəyanatda qeyd olunur ki, hücum İranın nüvə proqramına qarşı aparılan düşmən kampaniyasının tərkib hissəsidir. Hadisə nəticəsində mümkün dağıntılar və ya zərərçəkənlər barədə isə hələlik ətraflı məlumat verilməyib.
    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti Donald Tramp xalqa müraciətində zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə əlaqədar “səbrin tükənməsi” ilə izah edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR