İsrail hərbçiləri Tehranın yaxınlığında yerləşən “məxfi nüvə obyektinə” zərbə endirib. Bu barədə İsrail ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı açıqlama verib. Məlumatı TASS yayıb.
“Bir neçə saat əvvəl Minzadexi bazasına zərbə endirdik”, – deyə o bildirib.
Generalın sözlərinə görə, həmin obyektdə guya “nüvə silahı hazırlamağa çalışan” alimlər fəaliyyət göstəriblər.
Bundan bir qədər əvvəl İsrail hərbçilərinin İran ərazisində silah istehsalında, o cümlədən ballistik raketlərin hazırlanmasında istifadə olunan sənaye obyektlərinə də zərbələr endirdiyi barədə məlumat yayılmışdı.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti Donald Tramp zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə əlaqədar “tükənmiş səbir”lə izah edib.
İslam Respublikasında bir çox şəhər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına dəyib və onun həlak olduğu bildirilir.
Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.