AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və İsrailin zərbələri nəticəsində İranda azı 20 məktəb dağıdılıb

  • + A
  • - A
  • 3-03-2026, 23:37

    ABŞ və İsrailin zərbələri nəticəsində İranda azı 20 məktəb dağıdılıb

    ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində İranda azı 20 məktəb dağıdılıb. Bu barədə İslam Respublikasının təhsil naziri Əlirza Kazemi məlumat verib. Xəbəri ISNA yayıb.
    Nazirin sözlərinə görə, hücumlar zamanı 120 şagird və müəllim xəsarət alıb.
    Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti Donald Tramp zərbələri Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə bağlı “tükənmiş səbir”lə izah edib.
    İran İslam Respublikasında bir çox şəhər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına dəyib və onun həlak olduğu bildirilir.
    Cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
    Bundan əlavə, ABŞ–İran münaqişəsi fonunda reyslərin ləğvi səbəbindən minlərlə Rusiya vətəndaşı BƏƏ və Yaxın Şərq ölkələrində çətin vəziyyətdə qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR