AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanın deputatı: "Naxçıvanın dronla vurulması narahatlıq doğurur"

  • + A
  • - A
  • 5-03-2026, 13:31

    Naxçıvanın deputatı: "Naxçıvanın dronla vurulması narahatlıq doğurur"


    Naxçıvan Muxtar Respublikasından Milli Məclisə deputat Ülviyyə Həmzəyeva İrandan Naxçıvan istiqamətinə dron hücumları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    Deputat sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, hazırda İrandan Naxçıvan istiqamətində dron hücumlarının həyata keçirildiyi və mülki təyinatlı obyektlərin hədəf alındığı barədə məlumatlar yayılır. O bildirib ki, həmin bölgədə onun qohumları və yaxınları yaşayır və bu səbəbdən hadisələri böyük narahatlıqla izləyir.

    Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu cür addımların müsəlmanlıq prinsipləri ilə uyğunluq təşkil etmədiyini düşünür və bunu riyakarlıq kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistan məsələsində İranın mövqeyi və Azərbaycanın düşmənlərinə göstərilən açıq və gizli dəstək də cəmiyyətdə yaxşı məlumdur.

    Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan tərəfi heç vaxt qarşı tərəfə qarşı düşmənçilik və ya müdaxilə yolu seçməyib. O xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı son hücumları fonunda Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir halda İrana qarşı istifadə olunmayacaq.

    Ülviyyə Həmzəyeva bildirib ki, Azərbaycan dövləti qonşuluq münasibətlərinə sadiqliyini və neytral mövqeyini açıq şəkildə nümayiş etdirib. Bununla belə, qarşı tərəfdən nümayiş etdirilən münasibətin təəssüf doğurduğunu və bəzi qonşuların əsl simasını ortaya qoyduğunu qeyd edib.

    Deputat həmçinin bu gün ərzində ona zəng edərək narahatlıq bildirən dostlarına təşəkkür etdiyini də əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR