Polşa prezidenti Karol Navrotski ölkənin Avropa İttifaqının SAFE hərbi kredit proqramında iştirakını nəzərdə tutan qanun layihəsinə veto qoyub. O bildirib ki, ölkənin suverenliyinə, müstəqilliyinə və iqtisadi-hərbi təhlükəsizliyinə zərər vuran heç bir sənədi imzalamayacaq. Prezidentin sözlərinə görə, belə kredit gələcək nəsillər üçün ağır maliyyə yükü yarada bilər. Daha əvvəl müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşa ordusunun sayının 500 min nəfərə çatdırılmasının vacibliyini bildirmişdi. Hazırda ölkə ordusunun sayı təxminən 218 min nəfərdir. SAFE fondu isə Avropada silah istehsalını artırmaq məqsədilə yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.