Professor yazır: Strateji tərəfdaş, mehriban qonşu

Vaqif Abdullayev, Siyasi elmlər doktoru professor
Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, mehriban qonşusu və qardaş ölkələrdən biridir.
Hər iki ölkəni yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır.
Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Rəsmi Tbilisinin ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, daha da əlaqələrin hərarəti ilbəil artıbdır.
Prezident İlham Əliyevin Gürcüstana səfərləri, eləcə də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2025-ci ildə ölkəmizə səfəri iki ölkə arasında tarixi-siyasi və strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib.
İki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin zirvəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri vardır.
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq. Cənab Prezidentin həmkarı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlərində bəyan edildiyi kimi bizim strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb və bizi qarşıda daha yeni uğurlar gözləyir.
Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi Ermənistan üçün də sülh və sabitlik təminatı verir. Ermənistanla sülh sənədinin imzalanması Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılmasına və bölgədə rifahın, inkişafın möhkəmlənmsəinə dərin töhfələr verəcək.
Onu da xatırladım ki, mənim siyasi yaradıcılığımda mühüm yer tutan gürcü dilində nəşr etdirdiyim kitablarım da ölkələr arasında münasibətlərin inkişafında öz müsbət təsirlərini göstərib. Belə ki, Cənab İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən “O, böyük siyasətə hazırdır” kitabım 1999-cu ildə gürcü dilində nəşr edilərək Tbilisi şəhərində tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə geniş təqdimatı keçirilmişdir.
Birinci vitse-prezident Mehriban Əliyevaya həsr etdiyim “Azərbaycanın Mehriban Siması” adlı gürcü dilindı nəşr edilmiş kitabımın isə 2021-ci ildə böyük təqdimat mərasimi keçirilmiş, tədbirdə çıxış edən tanınmış alim və ziyalılar, ictimai xadimlər bu sanballı kitabın gürcü dilində tərcümə edilməsini ölkələr arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin qürurverici nümunəsi kimi qiymətləndiriblər.
2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən “Milli Dövlətçiliyimizin Simvolu” adlı kitabım gürcü dilində çap olunaraq Gürcüstan Beynəlxalq Münasibətlər Akademiyasında geniş təqdimatı keçirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.