AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə qoşulmağa hazırdır

  • + A
  • - A
  • Dünən, 21:58

    Aİ Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə qoşulmağa hazırdır

    Avropa İttifaqı Yaxın Şərqdə gərginliyin azaldılması və davamlı atəşkəsin təmin olunması məqsədilə diplomatik səylərə qoşulmağa hazır olduğunu bəyan edib.
    Avropa İttifaqı regionda sülh və sabitliyin əldə olunmasına töhfə verməyə çalışır. Bu barədə brifinqdə Aİ diplomatiyasının rəhbəri Kaja Kallasın rəsmi nümayəndəsi Anuar əl-Anuni bildirib.
    “Avropa İttifaqı gərginliyin azaldılması və hərbi əməliyyatlara son qoyacaq etibarlı həllin təmin edilməsi məqsədilə bütün diplomatik səylərə öz töhfəsini verməyə hazırdır,” – deyə Anuni qeyd edib.
    Son səfərləri çərçivəsində Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edən Kaja Kallas İsrail hücumlarından zərər görmüş Aİ-nin strateji tərəfdaşları ilə həmrəylik nümayiş etdirib. Görüşlərdə əsas diqqət vəziyyətin deeskalasiyasına və ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs razılaşmasının dəstəklənməsinə yönəlib.
    Bununla yanaşı, Aİ nümayəndəsi İran tərəfinə bir sıra tələblər də irəli sürüb. Brüssel İranın nüvə proqramının məhdudlaşdırılmasında və Aİ tərəfindən sabitliyi pozan fəaliyyət kimi qiymətləndirilən addımların dayandırılmasında israr edir. Həmçinin Avropa tərəfi raket proqramının inkişafı ilə bağlı narahatlığını ifadə edir və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasına çağırır.
    Xatırladaq ki, daha əvvəl Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub. Tərəflər uzanan münaqişənin diplomatik həlli yollarını tapmaq üçün hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR