AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya nəşri: ABŞ İran əməliyyatından sonra nüfuzunu bərpa edə bilməyəcək

  • + A
  • - A
  • Dünən, 22:01

    Britaniya nəşri: ABŞ İran əməliyyatından sonra nüfuzunu bərpa edə bilməyəcək

    ABŞ-ın İrana qarşı hərbi əməliyyatı səbəbindən onun dünya ictimaiyyəti qarşısındakı nüfuzunu bərpa edə bilməyəcəyi bildirilir. Bu barədə Britaniyanın UnHerd nəşri yazır.
    Məqalə müəllifinin fikrincə, əgər İran İslam Respublikasının mülki infrastrukturu salamat qalıbsa, o zaman ABŞ-ın “müharibədən sonrakı nizamda rolu artıq bərpa olunmayacaq”.
    “Nəticədə zərər daha çox hərbi deyil, reputasiya xarakterlidir: bir vaxtlar Amerika liderliyinin əsaslandığı legitimlik dağılıb,” – deyə nəşrdə qeyd olunur.
    Materialda həmçinin vurğulanır ki, ABŞ “ən böyük hərbi çətinliklərdən birinə düşüb və sivilizasiya miqyaslı dönüş nöqtəsini yaşayır”.
    Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan münaqişənin tənzimlənməsi ilə bağlı 10 maddəlik təklif alıb və bu əsasda işi davam etdirməyə hazırdır. ABŞ lideri əlavə edib ki, atəşkəs razılaşması çərçivəsində İran Hörmüz boğazını açmağa razılıq verib.
    Mart ayında Tramp bildirmişdi ki, o, İrana qarşı hərbi əməliyyatla Rusiya prezidenti Vladimir Putinə təsir bağışlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR