AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran BMT-də İsraili tanınmış diplomatın qətlində ittiham etdi

  • + A
  • - A
  • 13-04-2026, 12:15

    İran BMT-də İsraili tanınmış diplomatın qətlində ittiham etdi

    TEHRAN (Tasnim) – İranın BMT-dəki səfiri İsrailin tanınmış iranlı diplomat və keçmiş xarici işlər naziri Kamal Xərrəzini öldürməsini açıq şəkildə dövlət tərəfindən dəstəklənən terror aktı kimi qiymətləndirib və bunun beynəlxalq hüququ pozduğunu bildirib.
    Aprelin 10-da BMT Baş katibi António Guterresə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərən səfir Səid İrəvani Kamal Xərrəzinin öldürülməsini pisləyib və onun ömrünü diplomatiya, sülh və beynəlxalq əməkdaşlığa həsr etdiyini vurğulayıb.
    Məktubda bildirilir ki, 9 aprel 2026-cı ildə Kamal Xərrəzi İsrailin həyata keçirdiyi hücum nəticəsində aldığı ağır xəsarətlərdən vəfat edib. Aprelin 1-də Tehranda onun evinə edilən hücum zamanı o ağır yaralanıb, həyat yoldaşı isə hadisə yerində həlak olub.
    İran bu hücumu mülki şəxslərə qarşı qəsdən törədilmiş terror aktı adlandırır və bunun beynəlxalq humanitar hüquq və insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun kobud şəkildə pozulması olduğunu bildirir.
    Məktubda qeyd olunur ki, Kamal Xərrəzi uzun illər diplomatiya sahəsində çalışıb, sülhün və mübahisələrin dinc yolla həllinin tərəfdarı olub. Onun öldürülməsi təkcə bir insanın həyatdan məhrum edilməsi deyil, həm də diplomatiyaya və beynəlxalq sülhə zərbə kimi qiymətləndirilir.
    İran tərəfi bildirir ki, İsrail sülh və dialoqu dəstəkləyən səsləri susdurmağa çalışır və bu cür hücumlar planlı şəkildə həyata keçirilir.
    Sonda İran bu hadisəni kəskin şəkildə pisləyir və bildirir ki, İsrail və ABŞ bu hadisəyə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR