AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Gürcüstan sərhəd prosedurlarını sadələşdirmək üçün elektron icazə sisteminə keçir

  • + A
  • - A
  • 13-04-2026, 12:20

    Azərbaycan və Gürcüstan sərhəd prosedurlarını sadələşdirmək üçün elektron icazə sisteminə keçir

    Azərbaycan və Gürcüstan avtomobil nəqliyyatı üçün icazələrin verilməsini elektron formaya keçirmək barədə razılığa gəlib. Ölkələr sərhəddə prosedurları sadələşdirmək və beynəlxalq daşımaları sürətləndirmək üçün may ayında rəqəmsal platformanı işə salmağı planlaşdırır.
    Bu məqsədlə beynəlxalq daşımalar üçün icazələrin daha asan alınması üçün xüsusi işçi qrup yaradılacaq. Bu qərar Bakıda keçirilən ikitərəfli komissiyanın iclasından sonra qəbul edilib. Məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
    Danışıqlar zamanı tərəflər 2026-cı il üçün əlavə kvotaların mübadiləsi barədə razılığa gəlib. Belə ki, ikitərəfli və tranzit daşımalar üçün 10 min icazə ayrılacaq. Bundan əlavə, üçüncü ölkələrə və əks istiqamətdə daşımalar üçün 2,5 min icazə nəzərdə tutulub.
    2027-ci ildə isə yük axınının artması nəzərə alınaraq kvotalar artırılacaq. İkitərəfli və tranzit daşımalar üzrə göstərici 18% artaraq 6,5 minə çatacaq. Üçüncü ölkələrə daşımalar üçün kvota isə 50% artaraq 7,5 min olacaq.
    Komissiyanın iclası 8–9 aprel 2026-cı ildə Bakıda keçirilib və əsas məqsəd aktual nəqliyyat məsələlərinin həlli olub.
    Qeyd edək ki, Azərbaycan artıq Türkiyə və Özbəkistanla bu cür rəqəmsal sistemi uğurla tətbiq edir. Hazırda isə Qazaxıstanla da bu elektron platformanın tətbiqi üzrə işlər yekunlaşmaq üzrədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR