Keçən həftə İslamabadda İran və ABŞ nümayəndələri arasında danışıqlar aparılıb. İran bildirib ki, danışıqların davam etməsi üçün əsas şərt Livanda atəşkəsin elan olunmasıdır.
Nəticədə ABŞ və İsrail razılaşıb ki, atəşkəs cümə axşamı gecəsi başlayacaq.
İsrail Livanda müharibəni davam etdirmək istəyirdi, ABŞ da bu məsələni gecikdirməyə çalışırdı. Amma İran mövqeyindən geri çəkilmədi və sonda ABŞ prezidenti Donald Tramp və İsraili razı saldı.
İran bununla göstərmək istəyir ki, öz mövqeyində qəti dayanır və müqavimət nəticə verir.
28 fevralda ABŞ və İsrail İrana qarşı geniş hərbi əməliyyatlara başlamışdı. Buna səbəb kimi İranın ali dini lideri Ayətullah Əli Xamenei və bəzi hərbi komandirlərin öldürülməsi göstərilir. Buna cavab olaraq İran ordusu 40 gün ərzində ABŞ və İsrailin hərbi obyektlərinə zərbələr endirib.
Bu zərbələr gözlənildiyi kimi tez qələbə ilə nəticələnməyib, əksinə münaqişəni uzadıb və bölgədə gərginliyi artırıb.
8 aprel tarixində Pakistanın vasitəçiliyi ilə 2 həftəlik atəşkəs əldə olunub və danışıqlar başlayıb. İran bu danışıqlarda 10 maddəlik plan təqdim edib. Bu plana ABŞ qoşunlarının çıxarılması, sanksiyaların ləğvi, Hörmüz boğazına nəzarət və Livanda İsrail hücumlarının dayandırılması daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.