Rusiyanın baş nazir müavini Alexey Overchuk Azərbaycanı rus dili ilə bağlı beynəlxalq təşkilata qoşulmağa dəvət edib.
O bildirib ki, Azərbaycan bu təşkilatın katibliyinin işində iştirak edə bilər. Təşkilat aprelin 1-dən fəaliyyətə başlayıb və Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb.
Overçuk deyib ki, Azərbaycanda rus dili geniş istifadə olunur və ictimai-kültür həyatında vacib rol oynayır.
Buna görə Rusiya Azərbaycanı bu quruma qoşulmağa çağırır.
O həmçinin Azərbaycan teatrları ilə əməkdaşlığın və qastrolların yenidən bərpa olunmasını təklif edib.
Sonda qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı çox vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.