AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanda NATO ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 17:52

    İrəvanda NATO ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

    Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüş keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
    Görüş zamanı Paşinyan İrəvanla NATO arasında regional təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
    Tərəflər qarşılıqlı maraq doğuran məsələləri, Ermənistan–NATO tərəfdaşlığının gündəliyini və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin birgə proqramların effektiv icrası məsələsinə toxunulub.
    Paşinyan bildirib ki, xüsusilə müasir çağırışlar fonunda regional təhlükəsizlik sahəsində birgə işin genişləndirilməsi vacibdir.
    Kevin Hamilton isə qeyd edib ki, NATO Ermənistanla tərəfdaşlığa böyük önəm verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.
    Tərəflər vurğulayıb ki, əsas məqsəd regionda sülh və sabitliyin təmin olunmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR