Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi regionunda hərbi vasitələrdən istifadənin istisna edilməsinə çağırıb. Bu barədə o, RES 2026 forumunda çıxışı zamanı bildirib.
Tokayevin sözlərinə görə, bu addım Xəzər dənizinin ekosisteminin qorunması üçün vacibdir. Qazaxıstan prezidenti qeyd edib ki, bu məqsədlə ölkədə Xəzər dənizi üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb.
O həmçinin Qazaxıstanın ekoloji sahədə və biomüxtəlifliyin qorunmasında əldə etdiyi nailiyyətlərdən danışıb. Tokayevin sözlərinə görə, hökumətin səyləri nəticəsində Şimali Aral dənizinin 36%-i bərpa edilib.
Dövlət başçısı əlavə edib ki, Qazaxıstan enerji və sənaye sektorundan emissiyaların 35% azaldılması planını müəyyən edib. Bu məqsədlə kömürlə işləyən elektrik stansiyalarının modernləşdirilməsi istiqamətində işlər aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.