AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi şərhçi: Ermənistanda seçkilərdə müharibə və sülh tezisi əsas müzakirə predmetidir.

  • + A
  • - A
  • Dünən, 16:43

    Siyasi şərhçi: Ermənistanda seçkilərdə müharibə və sülh tezisi əsas müzakirə predmetidir.

    Siyasi şərhçi Məhəmməd Əsədullazadə

    Erənistanda seçkilər öncəsi Qarabağ mövzusu əsas gündəmə çevrilib. Xüsusilə Rusiyaya yaxınlığı ilə tanınan Robert Koçaryan və Samvel Karapetyan seçki kampaniyalarında Qarabağ məsələsini davamlı şəkildə ön plana çıxarırlar. Onlar Azərbaycanla paraflanmış sülh sazişinə yenidən baxacaqlarını və “itirilmiş torpaqlara” qayıdacaqlarını bəyan edirlər.

    Seçkiyə qatılan müxalifətin əsas siyasi gündəmi məhz bu məsələdən ibarətdir. Bunun nə qədər təhlükəli proses olduğunu erməni cəmiyyətinin müəyyən hissəsi anlayır.

    Göründüyü kimi, Ermənistanda müxalifət revanşist siyasət yürüdür və seçki təbliğatını əsasən Rusiyanın narrativləri üzərində qurur. Robert Koçaryan ölkənin müxtəlif regionlarına səfərlər edərək Rusiyaya bağlılığı və Qarabağa qayıdış ideyasını təbliğ edir.

    Baş nazir Nikol Paşinyan isə sülh gündəliyini önə çəkir. O, Qarabağın heç vaxt Ermənistanın tərkib hissəsi olmadığını və bu məsələnin artıq bağlandığını bildirir. Paşinyan həmçinin Qarabağ məsələsinin Ermənistanın müstəqilliyi üçün təhdidə çevrildiyini qeyd edir.

    Ermənistanda seçkilərə müharibə və sülh tərəfdarlarının qarşıdurması fonunda gedilir və seçki gündəminin əsas mövzusu Qarabağ məsələsidir. Ermənistan xalqının sülhə üstünlük verəcəyi şübhə doğurmur. Lakin revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycan Zəngəzur istiqamətində təhlükəsizlik tədbirlərini və nəzarət mexanizmlərini gücləndirməklə öz nəzarətinə almalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR