Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trumpa Rusiyaya səfərlə bağlı dəvəti hələ də qüvvədədir.
Bu açıqlama Trampın ilin sonuna qədər Rusiyaya səfər edə biləcəyini deməsindən sonra verilib. ABŞ lideri Ukrayna münaqişəsinin nizamlanmasının vacibliyini vurğulayaraq belə bir səfərin mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, Putin Trampı ötən il Alyaskanın Ankoric şəhərində keçirilən sammit zamanı Rusiyaya dəvət etmişdi.
Donald Tramp indiyədək ABŞ prezidenti statusunda Rusiyaya səfər etməyib. Onun bu ölkəyə əvvəlki səfərləri əsasən biznes fəaliyyəti ilə bağlı olub. Maraqlıdır ki, Trampın Rusiyaya ilk səfəri hələ SSRİ dövründə — 1987-ci ildə baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.