AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – QMİ ilk dəfə təsisçi kimi iştirak edəcək.

  • + A
  • - A
  • Bu gün, 22:03

    Azərbaycan dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – QMİ  ilk dəfə təsisçi kimi iştirak edəcək.

    Azərbaycanın dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – Qafqaz Müsəlmanları İdarəsi ilk dəfə təsisçi kimi iştirak edəcək.

    Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forumunun prezidenti Kol Durham,
    Ekumenik Kilsəsinin baş Mitropolit Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirildi. G20 Dinlərarası Forumunun nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparıldı və üçtərəfli anlaşma memorandumu imzalandı. Memoranduma əsasən Qafqaz Müsəlmanları İdarəsi söügedən Şurada təsisçi qurum kimi çıxış edəcək ki, bu da Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfəytə baxımdan mühüm addım və bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir. Bütün Qafqazın Şeyxi anlaşma memorandumunun imzalanmasının vacibliyini belə ifadə etdi - ‘’Bu gün mühüm sənədi imzalayırıq, G20 Dinlərarasl Forumu ilə artıq əməkdaşlıqdan savayı həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik’’. G20 Dinlərarası Forumunun prezidenti Kol Durham da yeni əməkdaşlıq müstəvisinin dinlərarası dialoqa, qlobal sülhün bərqərar olmasına təhfələr verəcəyindən əminliyini ifadə etdi, Azərbaycanın bu prosesdə mühüm xidmətlərinin olduğunu diqqətə çatdırdı.

    Daha sonra bu ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb. G20 forumunun qlobal əhəmiyyətindən danışan Bütün Qafqazın Şeyxi sözügedən tədbirə Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırdı. Daha sonra qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə edildi.





    https://youtu.be/G_jVJnUgJ8U?si=nmMfxoLHxgbQIRm5


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR