AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: Orta Dəhliz müasir İpək Yoluna çevrilib

  • + A
  • - A
  • Dünən, 23:19

    Ərdoğan: Orta Dəhliz müasir İpək Yoluna çevrilib

    Recep Tayyip Erdoğan Orta Dəhlizin rolunu yüksək qiymətləndirərək bildirib ki, Xəzər dənizi üzərindən keçən bu marşrut faktiki olaraq müasir dövrün İpək Yoluna çevrilib.
    Türkiyə prezidenti bu fikirləri Kassym-Jomart Tokayev ilə Astanada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
    Ərdoğan qeyd edib ki, Orta Dəhliz getdikcə daha böyük əhəmiyyət qazanır və Türkiyə, Qazaxıstan, eləcə də digər tərəfdaş ölkələr yükdaşımaların genişləndirilməsi məqsədilə marşrutun inkişafını davam etdirəcəklər.
    Onun sözlərinə görə, Aralıq dənizindən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada ölkələrarası münasibətlərin yeni səviyyəyə çıxarılması hədəflənir və bu əməkdaşlığın şüarı “dildə, fikirdə və əməldə birlik” olacaq.
    Türkiyə lideri əlavə edib ki, Ankara və Astana iki ölkənin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işi davam etdirməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR