Emmanuel Macron X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Rusiya Ukrayna şəhərlərinə və mülki əhaliyə qarşı son dörd ilin ən böyük dron və raket hücumunu həyata keçirib. Onun sözlərinə görə, bu addım Rusiyanın aqressiyasını daha da ağırlaşdırır.
Makron qeyd edib ki, Moskva son günlərdə əldə olunan kövrək atəşkəs danışıqlarında nümayiş etdirdiyi “ikiüzlülüyü” bu hücumlarla açıq şəkildə göstərib.
Fransa prezidenti vurğulayıb ki, mülki insanları bombalamaq Rusiyanın gücünü deyil, əksinə zəifliyini nümayiş etdirir. O bildirib ki, Rusiya hərbi meydanda çıxış yolu tapa bilmir və başladığı müharibəni necə bitirəcəyini bilmir.
Makron əlavə edib ki, Fransa Ukrayna və Ukrayna xalqının yanında qalmağa davam edəcək. O, ölkəsinin döyüşlərin dayandırılması və Ukraynanın, eləcə də Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və davamlı sülh üçün fəaliyyətini davam etdirəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.