Rusiya Müdafiə Nazirliyi bildirib ki, 12–15 may tarixləri arasında Ukraynada müxtəlif hədəflərə bir böyük və iki qrup halında raket və dron hücumu həyata keçirilib.
Nazirliyin sözlərinə görə, bu əməliyyatlar Ukrayna ordusunun Rusiyadakı mülki obyektlərə hücumlarına cavab olaraq edilib. Hücumlarda uzaqmənzilli dəqiq silahlar, pilotsuz uçuş aparatları və “Kinjal” hipersəs raketlərindən istifadə olunub.
Məlumata görə, Ukraynanın hərbi sənaye müəssisələri, yanacaq və enerji obyektləri, nəqliyyat və liman infrastrukturu, hərbi aerodromlar hədəfə alınıb.
Həmçinin dronların yığıldığı və buraxıldığı yerlər, sursat və yanacaq anbarları, xarici muzdluların və Ukrayna hərbçilərinin yerləşdiyi məntəqələrə də zərbələr endirildiyi bildirilib.
14 mayda Sergey Şoyqu deyib ki, Rusiya ordusu cəbhə xətti boyunca irəliləyir və strateji təşəbbüsü əlində saxlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.