AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

GSNP Baş Assambleyası Bəyannamə qəbul edilməsi ilə başa çatıb

  • + A
  • - A
  • Bu gün, 15:58

    GSNP Baş Assambleyası Bəyannamə qəbul edilməsi ilə başa çatıb


    2026-cı il mayın 14-də Bakıda GSNP Baş Assambleyasının Bəyannaməsi qəbul edilib. Bəyannaməni GSNP Baş katibi Fuad Kərimli oxuyub.
    Bəyannamədə qeyd edilir ki, GSNP ortaq tarixi zərurətin və dərinləşən qlobal həmrəyliyin məntiqi nəticəsidir. Bu əməkdaşlıq mühiti 120-dən çox ölkədən 1000-dən çox QHT-ni birləşdirən beynəlxalq şəbəkənin yaradılmasına təkan verib: “İlk Baş Assambleyamızın çağırılması Azərbaycanın WUF13-ə evsahibliyi etməsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasına tədbirdə uğurlar arzulayırıq və davamlı dəstəyinə, Platformamıza xüsusi pavilyon təqdim etdiyinə görə “UN Habitat”a minnətdarlığımızı bildiririk. Bütün üzvləri həm Forumun, həm də pavilyonumuzun fəaliyyətlərində fəal iştirak etməyə dəvət edirik”. Sənəddə o da qeyd olunub ki, GSNP-nin ilk dəfə Birləşmiş Millətlər Təşkilatının tədbirində öz pavilyonu ilə təmsil olunması mühüm hadisədir, bu, vətəndaş cəmiyyətinin kollektiv səsini gücləndirmək üçün çox əhəmiyyətlidir. WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum”un keçirilməsi alqışlanıb.
    Bəyannamədə elan edilib ki, GSNP Baş Assambleyası ildə 1 dəfə təşkilatın daimi mənzil-qərargahının yerləşdiyi ölkədə - Azərbaycanda toplaşacaq: “Katibliyin rolunu artırmağı və ixtisaslaşmış işçi qrupları yaratmağı planlaşdırırıq. Regional tarazlığı təmin etmək üçün Baş katibə 4 regional müavin dəstək verəcək. Biz artıq qlobal trendlərin passiv müşahidəçisi deyilik, onları formalaşdıran fəal qüvvəyik. Hər birinizi bizimlə həmrəy olmağa, gələcəyin məsuliyyətlərini bölüşməyə və daha ədalətli, daha inklüziv bir dünya qurmaqda birlikdə addımlamağa dəvət edirik”.
    Bununla da GSNP Baş Assambleyası işinə yekun vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR