AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı uzaqmənzilli zərbələr üçün strateji imkan çatışmazlığı ilə üzləşib

  • + A
  • - A
  • Bu gün, 15:59

    Avropa İttifaqı uzaqmənzilli zərbələr üçün strateji imkan çatışmazlığı ilə üzləşib

    Avropa İttifaqı müşahidə və kəşfiyyat sistemlərinin köməyi ilə uzaq məsafələrə zərbələri müstəqil şəkildə planlaşdıra bilməməsi səbəbindən strateji problemlə üzləşib. Bu barədə Euractiv portalı məlumat yayıb.
    Məqalədə qeyd olunur ki, Ukraynadakı və Fars körfəzindəki münaqişələr göstərib ki, uzaq məsafəli zərbələr təkbaşına ciddi dağıntılar yaratmasa da, düşmənin kritik logistika, kommunikasiya və infrastruktur obyektlərinə fasiləsiz tətbiq olunduqda ən effektiv nəticəni verir. Bildirilir ki, Avropanın bu cür dərin zərbələri həyata keçirmək üçün kifayət qədər resursu yoxdur və bu boşluq artıq strateji problemə çevrilib.
    Nəşr yazır ki, Avropa İttifaqında başladılan ELSA (European Long-Range Strike Approach) təşəbbüsü əsasən uzaqmənzilli raketlərin alınmasına yönəlib, lakin “etibarlı çəkindirmə mexanizmi yaratmaq üçün vacib olan sistemli inteqrasiyaya” kifayət qədər diqqət yetirilmir.
    Avropanın zəifliyi Soyuq müharibədən sonra qəbul edilmiş qərarlardan qaynaqlanır. NATO Soyuq müharibə dövründə uzaq zərbələr konsepsiyasını hazırlasa da, bu əməliyyatları həmişə ABŞ planlaşdırıb. Avropa ölkələri Amerika kəşfiyyatı, müşahidə və rekognosirovka sistemlərinə, həmçinin zərbə qüvvələri və silah ehtiyatlarına arxalanmağa başlayıblar.
    Məqalə müəllifi əlavə edib ki, bu gün Avropa İttifaqı uzaqmənzilli raketlərin alınmasına həddindən artıq diqqət ayırır, lakin onların “taktiki inteqrasiyası sisteminə” kifayət qədər önəm vermir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR