AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi şərhçi:Gürcüstan patriarxının açıqlamaları etiraz doğurub

  • + A
  • - A
  • Bu gün, 21:10

    Siyasi şərhçi:Gürcüstan patriarxının açıqlamaları etiraz doğurub


    Gürcüstanın yeni patriarxı Üçüncü Şionun ölkədə dini və etnik məsələlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, Gürcüstanda digər millətlərin sayının artması və islam dininin inkişafı ilə bağlı narahatlığını ifadə edib.

    Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, bu açıqlamalar ölkədə yaşayan müxtəlif xalqlar arasında narazılıq yaradıb. Onun sözlərinə görə, patriarx cəmiyyətdə birlik və milli harmoniyanı təşviq edən mesajlar verməli olduğu halda, səsləndirilən fikirlər millətlərarası münasibətlərdə gərginlik yarada bilər.

    Əsədullazadə bildirib ki, Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük milli azlıqlarından biridir və patriarxın çıxışları dolayısı ilə azərbaycanlılara və islam dininə qarşı yönəlmiş kimi qiymətləndirilir. O hesab edir ki, belə yanaşmalar Gürcüstan cəmiyyətində parçalanma riskini artırır.
    Politoloq həmçinin qeyd edib ki, son dövrlərdə Gürcüstan hakimiyyətinin digər millətlərə münasibətdə sərgilədiyi siyasət bu cür açıqlamaların meydana çıxmasına şərait yaradır.

    Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa İttifaqının Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar da rəsmi Tbilisinin siyasətinə beynəlxalq reaksiyanın göstəricisidir. O bildirib ki, Gürcüstan hakimiyyətinin siyasəti regionda təhlükəsizlik və sabitlik üçün müəyyən risklər yaradır.
    Əsədullazadə əlavə edib ki, Moskva Gürcüstanda xalqlar arasında qarşıdurma və qeyri-sabitlikdən faydalanmağa çalışır. Onun fikrincə, hakimiyyətin apardığı siyasət ölkəni 1990-cı illərin siyasi atmosferinə qaytarır və bu proses xarici təsirlərin güclənməsinə xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR