AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniya Azərbaycandakı səfirini dəyişdi

  • + A
  • - A
  • Bu gün, 15:50

    Böyük Britaniya Azərbaycandakı səfirini dəyişdi


    Fergus Auld Böyük Britaniyanın Azerbaijandakı səfiri vəzifəsini tərk edib. Diplomatın səlahiyyət müddəti başa çatdığı üçün o, missiyasını yekunlaşdıraraq Bakıdan ayrılır.

    Fergus Auld sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətdə Azərbaycana təşəkkür edib və ölkənin onun qəlbində xüsusi yer tutacağını bildirib.

    Diplomat müraciətində deyib:

    “Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində son iş günümdür. Hər şey üçün təşəkkür edirəm! Azərbaycandan ayrılsam da, bu ölkə uzun müddət qəlbimdə qalacaq.”

    Böyük Britaniyanın Bakıya yeni təyin olunmuş səfiri isə Duncan Normandır. O, artıq vəzifəsinin icrasına başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR