Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana niyə gəlməməli olduğu ilə maraqlanıb.
“Deyirlər ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib. Bağışlayın, bəs niyə gəlməməli idi?” — deyə o bildirib.
Mayın 8-də Paşinyan bəyan etmişdi ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. O, bunu Zelenskinin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İrəvana səfərinin nəticələri ilə bağlı suala cavab olaraq söyləmişdi. Paşinyan həmçinin qeyd edib ki, İrəvan Kiyevə humanitar yardım göndərib.
Mayın 4-dən 5-dək İrəvanda Avropa Siyasi Birliyi sammiti keçirilib. Sammitin əsas mövzusu Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşdirilməsi olub.
Mayın 11-də Paşinyan Zelenskinin Rusiya ilə bağlı açıqlamalarına münasibət bildirməməsinə dair danışarkən, “hər deyilənə reaksiya verməli olmadığını” söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.