AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Aİ ilə 90 milyard avroluq kredit sazişini ratifikasiya etdi

  • + A
  • - A
  • Bu gün, 12:39

    Ukrayna Aİ ilə 90 milyard avroluq kredit sazişini ratifikasiya etdi

    Ukrayna Ali Radası Avropa İttifaqının ölkəyə 90 milyard avro həcmində maliyyə yardımı ayırmasını nəzərdə tutan kredit sazişini ratifikasiya edib. Qərarın lehinə 298 deputat səs verib.

    Sazişə əsasən, vəsaitin yarısı artıq 2026-cı ildə Ukraynaya təqdim olunacaq. Bunun 28,3 milyard avrosu silah alışına və müdafiə sənayesi kompleksinin inkişafına, 16,7 milyard avrosu isə makromaliyyə sabitliyinin qorunmasına və dövlət büdcəsi kəsirinin bağlanmasına yönəldiləcək.

    Maliyyə vəsaiti Avropa Komissiyası tərəfindən beynəlxalq kapital bazarlarından cəlb olunacaq. Ukrayna Maliyyə Nazirliyi bildirib ki, Aİ-nin yüksək AAA kredit reytinqi sayəsində kreditlər güzəştli şərtlərlə – orta hesabla 35 il müddətinə və təxminən illik 2 faizlə veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR