Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum bildirib ki, Ukrayna üzrə mümkün Avropa vasitəçisi bütün tərəflər, xüsusilə də Ukrayna üçün qəbulolunan olmalıdır.
O vurğulayıb ki, Rusiya eskalasiya siyasətindən imtina etməlidir və Moskva danışıqların şərtlərini diktə edə bilməz. Krixbaum keçmiş Almaniya kansleri Gerhard Şröderin vasitəçi kimi namizədliyini “qəbuledilməz” adlandırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Şröderin Aİ tərəfindən Rusiya ilə danışıqlarda vasitəçi ola biləcəyini demişdi. Lakin həm Almaniya kansleri Fridrix Merts, həm də Aİ rəsmiləri bu təşəbbüsü dəstəkləməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.