AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koçaryandan iynəli sözlər: "Ermənistanı Ukraynanın yolu ilə aparırlar"

  • + A
  • - A
  • Bu gün, 16:28

    Koçaryandan iynəli sözlər: "Ermənistanı Ukraynanın yolu ilə aparırlar"

    Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, hazırkı hakimiyyət ölkəni Ukraynanın keçdiyi dağıdıcı yola sürükləyir.

    Onun sözlərinə görə, Ermənistan həm Rusiya, həm Avropa, həm də ABŞ ilə yaxşı və müttəfiqlik münasibətlərini qorumalıdır. Koçaryan vurğulayıb ki, ölkənin seçimi “ya o, ya bu” deyil, “həm o, həm də bu” prinsipi olmalıdır.

    Sabiq prezident hakimiyyəti böyük dövlətlər arasındakı ziddiyyətlərdən istifadə etməməyə və onları təxribata çəkməməyə çağırıb.

    Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəni “Banderaçı Ukraynanın kursuna” yönəltdiyini bildirmişdi. Medvedev Paşinyanı Rusiya ilə münasibətləri pozmaqda və Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaqda ittiham etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR