AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neft blokadası Kubanı zibil böhranına sürüklədi

  • + A
  • - A
  • Bu gün, 12:15

    Neft blokadası Kubanı zibil böhranına sürüklədi

    ABŞ prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı tətbiq etdiyi neft blokadası adada ciddi nəticələrə səbəb olub. The New York Times qəzetinin yazdığına görə, yanacaq çatışmazlığı ölkədə zibil böhranını daha da dərinləşdirib.

    Xüsusilə paytaxt Havanada vəziyyət ağırdır. Yanacaq qıtlığı səbəbindən zibil maşınları normal fəaliyyət göstərə bilmir və küçələrdə nəhəng zibil yığınları əmələ gəlib. Problemdən çıxış yolu kimi bəzi sakinlər zibilləri yandırmağa başlayıblar.

    France 24 telekanalının məlumatına görə, yağışlı havalarda vəziyyət daha da pisləşir, çünki zibil küçələri və kanalizasiya xətlərini tıxayır.

    Məlumatlarda qeyd olunur ki, zibil yığınları Trampın neft blokadasının "ən ağır nəticələrinin" simvoluna çevrilib. Ekspertlər xəbərdarlıq edirlər ki, küçələrdə yığılan tullantılar yay aylarında ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərin kəskin artmasına səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR