İranın ali dini liderinin hərbi müşaviri Möhsün Rzai ABŞ Prezidenti Donald Trump ilə İranın ali lideri Müctəba Xamenei arasında görüşün hazırkı mərhələdə mümkün olmadığını bildirib.
Rzai CNN telekanalına müsahibəsində deyib ki, danışıqlar prosesi hələ ilkin mərhələdədir. Onun sözlərinə görə, Trampın addımları artıq danışıqları çıxılmaz vəziyyətə salıb və bu səbəbdən ABŞ ilə İran liderləri arasında birbaşa təmaslar tamamilə istisna olunur.
Qeyd edək ki, daha əvvəl Tramp Müctəba Xamenei ilə görüş ehtimalını istisna etməmişdi. O, belə bir görüşün baş tutması üçün əsas şərt kimi tərəflər arasında münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunmasını göstərmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.