AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşakovdan Zelenskiyə: Moskvaya gəlsin, Putin onunla danışmağa hazırdır

  • + A
  • - A
  • Bu gün, 22:02

    Uşakovdan Zelenskiyə: Moskvaya gəlsin, Putin onunla danışmağa hazırdır


    Rusiya rəhbərliyi Ukrayna Prezidenti Vladimir Zelenski ilə mümkün dialoq məsələsinə münasibət bildirib.

    Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib ki, Zelenski istəsə, danışıqlar üçün Moskvaya gələ bilər və onu orada Rusiya Prezidenti Vladimir Putin gözləyəcək.

    “Əgər Zelenski istəyirsə, qoy Moskvaya gəlsin. Prezidentimiz də Moskvada onunla danışmağa hazır olacaq”, – Uşakov cümə günü jurnalistlərə deyib.

    Beləliklə, Uşakov Zelenskinin Putinə ünvanladığı və birbaşa danışıqlara başlamağı təklif etdiyi məktuba münasibət bildirib. Kreml nümayəndəsi həmin sənədi “bir neçə səhifəlik kobudluq” kimi xarakterizə edib. O əlavə edib ki, Rusiya tərəfi danışıqlara hazır olduğunu çoxdan bəyan edib və dialoqla bağlı mövqeyini açıqlayıb.

    Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi saytında açıq məktub dərc olunub. Məktubda Zelenski Putini şəxsi görüş üçün tarix təyin etməyə çağırıb. O, danışıqların keçirilməsi üçün mümkün məkanlar kimi İsveçrə, Türkiyə və ərəb ölkələrini təklif edib. Bu ölkələr ənənəvi olaraq müharibə və sülh məsələlərinin müzakirə olunduğu platformalar kimi çıxış edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR