AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Yaxın Şərqdə yeni “təhlükəsizlik kəməri” yaratmaq niyyətini açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 08:50

    İran Yaxın Şərqdə yeni “təhlükəsizlik kəməri” yaratmaq niyyətini açıqlayıb

    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı vəziyyətlə əlaqədar yeni “təhlükəsizlik kəməri” formalaşdırmaq niyyətində olduğunu bəyan edib.

    Bu barədə İranın SEPAH-a bağlı “Əl-Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani məlumat verib.

    Onun sözlərinə görə, nəzərdə tutulan təhlükəsizlik zonası Fars körfəzindən Qırmızı dənizə, həmçinin Hörmüz boğazından Bab əl-Məndəb boğazına qədər uzanacaq.

    Qaani həmçinin İranın müttəfiqlərindən ibarət olan “Müqavimət oxu”nun mövcudluğunu xatırladıb. Bu blokun tərkibinə Hizbullah, Yəməndəki husilər və HƏMAS daxildir.

    Xatırladaq ki, daha əvvəl Tehran İsrailin Livana endirdiyi zərbələr fonunda Vaşinqtonla aparılan danışıqlardan müvəqqəti çəkildiyini bildirmişdi. Bundan başqa, İran hakimiyyəti Hörmüz boğazının yenidən bağlana biləcəyi və Bab əl-Məndəb boğazı ətrafında hərbi fəallığın artacağı barədə xəbərdarlıq etmişdi.

    Bazar ertəsi husilər İsrailə məxsus gəmilərin Qırmızı dənizdən keçidini qadağan etdiklərini açıqlayıb və bu qadağaya əməl etməyən gəmilərə qarşı hücumlar həyata keçirə biləcəklərini bəyan ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR