AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ zərbələri İranda su böhranı yaratdı: 20 min nəfər içməli sudan məhrum oldu

  • + A
  • - A
  • Bu gün, 15:39

    ABŞ zərbələri İranda su böhranı yaratdı: 20 min nəfər içməli sudan məhrum oldu

    İranın cənubundakı Hörmüzqan əyalətində ABŞ-ın həyata keçirdiyi zərbələrdən sonra ciddi su təchizatı problemi yaranıb. Məlumata görə, içməli su infrastrukturuna dəyən ziyan nəticəsində təxminən 20 min nəfər susuz qalıb.

    Hörmüzqan Su və Kanalizasiya Şirkətinin baş direktoru bildirib ki, hücumlar zamanı içməli suyun paylanmasını təmin edən mühüm obyektlər dağıdılıb. Xüsusilə 500 və 2 min kubmetr tutuma malik iki beton su anbarı, eləcə də onlara aid mexaniki avadanlıqlar məhv edilib.

    Nəticədə Bamani rayonunun sakinlərinə su verilişi tamamilə dayandırılıb. Hazırda əhalinin su ilə təmin olunması üçün alternativ üsulların tətbiqi imkanları nəzərdən keçirilir.

    İlkin hesablamalara əsasən, infrastruktur obyektlərinə vurulan maddi zərərin həcmi təxminən 1 milyon dollar təşkil edir.

    Qeyd edək ki, daha əvvəl ABŞ qüvvələrinin Hörmüzqan əyalətində yerləşən iki su anbarına zərbə endirdiyi barədə məlumat yayılmışdı. Hadisə bölgədə humanitar vəziyyətin pisləşməsi və əhalinin əsas ehtiyaclarının təmin olunması ilə bağlı narahatlıqları artırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR