Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair sazişin mətni üzrə razılıq əldə olunub. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib.
Onun sözlərinə görə, ABŞ və İran tərəfləri kompromis əldə edərək yekun sülh sazişinin mətnini yazılı şəkildə hazırlayıblar. Şərif vurğulayıb ki, söhbət şayiələrdən deyil, etibarlı məlumatlardan gedir.
Pakistan hökumətinin başçısı bildirib ki, İslamabad hazırda həm Vaşinqton, həm də Tehranla sıx əməkdaşlıq edərək növbəti addımların müəyyənləşdirilməsi üzərində işləyir.
“Sülh heç vaxt indiki qədər yaxın olmayıb”, – deyə Şahbaz Şərif qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İran mediası ABŞ və İran arasında imzalanacağı iddia edilən, 14 bənddən ibarət memorandumun mətnini yayıb. Daha sonra ABŞ Prezidenti Donald Trump həmin sənədin real olmadığını bildirsə də, Vaşinqton və Tehran arasında əldə olunan razılaşmaların yazılı formada rəsmiləşdirildiyini təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.