İranın danışıqlar qrupuna yaxın mənbə bildirib ki, nümayəndə heyətinin cümə günü İsveçrəyə səfəri ləğv edilməyib, lakin anlaşma memorandumunun (MoU) imzalanması ilə bağlı təşkilati məsələlər hələ də müzakirə olunur və yekun qərar qəbul edilməyib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, İran və ABŞ arasında anlaşma memorandumu iyunun 15-də Pakistanın vasitəçiliyi, həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəyi ilə aparılan uzunmüddətli danışıqlardan sonra razılaşdırılıb.
Sənədə əsasən, İrana və digər ölkələrə, o cümlədən Livana qarşı hərbi əməliyyatlar dərhal dayandırılıb, ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğvi nəzərdə tutulub. Memorandum həmçinin Hörmüz boğazının kommersiya gəmiləri üçün rüsumsuz açılmasını ehtiva edir.
Rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.