ABŞ və İran nümayəndə heyətlərinin cümə günü İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan danışıqları baş tutmayacaq.
Bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında deyilir:
"ABŞ və İran arasında cümə günü Bürgenştokda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq."
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iyunun 19-da İran nümayəndələri ilə görüş üçün İsveçrəyə getməyəcəyi açıqlanmışdı. Vensin sözlərinə görə, danışıqların qarşıdakı həftəsonu keçirilməsi mümkündür.
İsveçrədə tərəflərin daha əvvəl onlayn şəkildə imzaladıqları qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasiminin keçirilməsi, həmçinin sənədin icrası ilə bağlı texniki məsələlərin müzakirəsi planlaşdırılırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.