İsrail Ordusu (SAXAL) iyunun 19-na keçən gecə və səhər saatlarında Livanın cənubunda "Hizbullah"la əlaqəli hədəflərə hücumlar həyata keçirdiyini açıqlayıb.
SAXAL-ın yaydığı bəyanata görə, əməliyyatlar "Hizbullah"ın atəşkəs rejimini dəfələrlə pozmasına cavab olaraq həyata keçirilir.
Bəyanatda deyilir:
"Hizbullah"ın atəşkəsi dəfələrlə pozmasından sonra SAXAL bütün gecə ərzində zərbələr endirib və hazırda da Livanın cənubundakı bir neçə bölgədə əməliyyatları davam etdirir. Hücumlar "Hizbullah"ın silahlı üzvləri və terror infrastrukturunu hədəf alır.
Qeyd edək ki, iyunun 19-da ABŞ və İran nümayəndələri arasında İsveçrədə görüşün keçirilməsi planlaşdırılırdı. Həmçinin tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanmalı idi. Sənədin əsas müddəalarından biri bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması, eləcə də texniki məsələlər üzrə danışıqların aparılması idi. Lakin bu görüş sonradan təxirə salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.