AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda prezident dəyişikliyi iddiaları: Xaçaturyanın səhhəti ilə bağlı şayiələr artır

  • + A
  • - A
  • Bu gün, 11:42

    Ermənistanda prezident dəyişikliyi iddiaları: Xaçaturyanın səhhəti ilə bağlı şayiələr artır

    Ermənistan mətbuatında ölkə prezidenti Vaaqn Xaçaturyanın səhhətinin pisləşdiyi və hakimiyyətin onun əvəzlənməsinə hazırlaşdığı barədə iddialar getdikcə daha çox müzakirə olunur.

    "Qraparak" qəzetinin yazdığına görə, Ermənistanın siyasi dairələrində Vaaqn Xaçaturyanın sağlamlıq vəziyyətinin ciddi şəkildə pisləşdiyi barədə müzakirələr aparılır. Hakimiyyət daxilində onun 2029-cu ildə başa çatmalı olan prezidentlik müddətini tamamlamadan vəzifəsini tərk edə biləcəyi ehtimalı nəzərdən keçirilir.

    Nəşrin məlumatına əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyasında artıq prezident postuna mümkün namizədlərin adları da çəkilir. Onların sırasında hökumət aparatının rəhbəri Araik Arutyunyan, parlamentin sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan var.

    Qəzet qeyd edir ki, Araik Arutyunyan 2022-ci ildə də prezident postuna namizəd olub, lakin hakim komanda daxilində kifayət qədər dəstək qazana bilməyib.

    Xatırladaq ki, Vaaqn Xaçaturyan 2022-ci ildə yeddi il müddətinə Ermənistan prezidenti seçilib və onun səlahiyyət müddəti 2029-cu ildə başa çatır. Hazırda onun səhhəti ilə bağlı yayılan məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR