AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda canlı yayım yarımçıq kəsildi: Ali Liderin "gizli təlimatları" açıqlandı

  • + A
  • - A
  • Bu gün, 09:11

    İranda canlı yayım yarımçıq kəsildi: Ali Liderin "gizli təlimatları" açıqlandı


    İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbbian canlı yayım zamanı ölkədə geniş rezonans doğuran açıqlamalar verib. ABŞ ilə mümkün anlaşma memorandumuna qarşı çıxdığını bildirən deputat, Ali dini liderin nüvə danışıqları ilə bağlı nümayəndə heyətinə göndərdiyi iddia olunan məxfi göstərişlərin məzmununu açıqladığını deyib.

    Nəbbianın sözlərinə görə, Ali Lider danışıqlar aparan heyət qarşısında aydın mövqe qoyub. O iddia edib ki, İran ya nüvə məsələsində öz mövqeyini qəbul etdirməli və qarşı tərəf ölkənin uranı zənginləşdirmə hüququnu tam şəkildə tanımalıdır, ya da bu məsələ ümumiyyətlə danışıqların gündəliyindən çıxarılmalıdır.

    Deputat çıxışında danışıqlar qrupunu da sərt tənqid edib. O, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafın Ali Liderin göstərişlərinə əməl etmədiyini iddia edib. Nəbbian həmçinin bildirib ki, zənginləşdirilmiş uranın başqa tərəfə təhvil verilməsi Ali dini rəhbər tərəfindən qəti şəkildə qadağan olunub.

    Diqqətçəkən məqam isə bu açıqlamalardan dərhal sonra canlı yayımın qəfil dayandırılması olub. Yayımın kəsilməsi sosial şəbəkələrdə və İran mediasında geniş müzakirələrə səbəb olub. Hadisə rəsmi qurumlar tərəfindən hələlik şərh edilməyib.

    Qeyd edək ki, məlumat ilk olaraq CaucasianLive tərəfindən yayılıb və bu iddialarla bağlı İranın rəsmi qurumları tərəfindən hələlik təsdiq və ya təkzib verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR