AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya Belarus sərhədinə yaxın əraziyə 5 minə yaxın hərbçi göndərir

  • + A
  • - A
  • Bu gün, 19:29


    Almaniya Belarus sərhədinə yaxın əraziyə 5 minə yaxın hərbçi göndərir

    Almaniya NATO-nun şərq cinahını qorumaq məqsədilə Belarusla sərhədə yaxın əraziyə təxminən 5 min hərbçi göndərib. Bu barədə Bild nəşri məlumat yayıb.

    Nəşrin yazdığına görə, hazırda Litvada Belarus sərhədindən 20 kilometr məsafədə 1,8 min alman əsgəri təlim keçir. 2027-ci ilin sonunadək Litvada iki alman batalyonunun daimi əsasda yerləşdirilməsi planlaşdırılır.

    "Almaniya və Litvanın yenidən yerləşdirmə prosesini 2027-ci ilin sonuna qədər, hətta daha tez başa çatdıracağını və briqadanın tam təchiz olunaraq döyüşə hazır vəziyyətə gətiriləcəyini güman etmək olar", – deyə Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.

    Onun sözlərinə görə, Almaniya qoşunlarının Litvaya göndərilməsi planlaşdırılandan daha sürətlə həyata keçirilir. Nazir qeyd edib ki, bu briqada NATO-nun şərq cinahı, Litvanın və bütövlükdə alyansın təhlükəsizliyi üçün son dərəcə vacibdir.

    Bundesverdə isə briqadanın komplektləşdirilməsi üçün zərurət yaranacağı təqdirdə hərbçilərin məcburi qaydada cəlb olunmasını da istisna etməyiblər. General-leytenant Kristian Freydinq bildirib ki, Almaniya ordusunun əsas məqsədi 2027-ci ilə qədər Litvadakı briqadanın tam operativ hazırlığını təmin etməkdir. Onun sözlərinə görə, bunun üçün əsasən könüllü xidmət prinsipinə üstünlük veriləcək, lakin ehtiyac olarsa məcburi tədbirlər də görüləcək.

    2023-cü ilin sonunda Almaniya və Litvanın müdafiə nazirləri alman briqadasının 2027-ci ilədək Litvada yerləşdirilməsi barədə razılığa gəliblər. 2025-ci ilin mayında KİV Almaniya qoşunlarının Litvaya göndərildiyini yazmışdı. Spiegel nəşri isə Almaniyada Litvada xidmət etmək üçün kifayət qədər könüllünün olmadığını bildirmişdi.

    Fevral ayında Bundestaqın müdafiə komitəsinin sədri Tomas Rövekamp da qeyd etmişdi ki, könüllülərin sayı kifayət etməsə, briqadanın şəxsi heyəti məcburi qaydada komplektləşdirilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR