AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda Kremlin siyasi dayaqları bir-bir sıradan çıxarılır

  • + A
  • - A
  • Bu gün, 11:21

    Ermənistanda Kremlin siyasi dayaqları bir-bir sıradan çıxarılır

    Ermənistanda daha bir rus agenti, daşnak və Koçaryanın müttəfiqi İşhan Saqatelyanın qapısını döydülər. Şəffaf və demokratik seçkilərdə xalqın dəstəyilə “müxalifət” etiketilə pərdələnmiş Putinin agenturası üzərində qələbə çalmış Paşinyan tarixi missiyasını davam etdirir, və öz ölkəsində Rusiya xüsusi xidmət orqanlarına bağlı siyasi qüvvələri ifşa edir və ədalət mühakiməsinə cəlb edir. Paşinyan Ermənistanın daxilində Rusiyanın son təsir instrumentlərini də sıradan çıxarır.

    Paşinyan gürcü lideri Saakaşvilinin və qonşu Gürcüstanın acı talelərindən ibrət dərsi çıxardı. Öz ölkəsində adi siyasi azadlıqları boğmuş faşist və totalitar Kreml qonşu postsovet dövlətlərində daxili vəziyyəti dəyişmək məqsədilə seçki mexanizmi və demokratiya dəyərləri ilə manipulyasiya edir, “yalançı liberalizmin” tətbiqi ilə öz agenturasını hakimiyyətə gətirməyə çalışır ki, sonda demokratik təsisatları məhv etsin. Kreml bu üsul ilə özünə yaxın İvanişvilini (İvanovu) Gürcüstanda demokratik yol ilə iqtidara gətirdi. Eyni model sonradan Ukraynada, Moldovada və Ermənistanda tətbiq edilsə də, Gürcüstanın səhvlərindən nəticə çıxarmış Sandu və Paşinyan dinc və demokratik vasitələrlə revanşist qüvvələrin hakimiyyətə dönməsinə imkan vermədilər.

    Paşinyan anlayır ki, sonrakı mərhələlərdə Rusiya Ermənistanın daxilində demokratik parlamentarizmdən sui-istifadə edəcək, və yenidən siyasi yollarla daxili vəziyyəti qarışdırmağa cəhd edəcək. Ən gözəl üsul qanuni yollarla agenturanın Kreml ilə işbirliyini faş etmək və cəzalandırmaqdır. Kreml Paşinyan hökumətindən əl çəkməyəcək, çünki Ermənistan üzərində nəzarət bərqərar edilməsə, Rusiya Cənubi Qafqazda tam hakimlik edə bilməyəcək…
    Qeyd: Məqalə Eynulla Fətullayevin sosial media hesabından götürülüb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR